Navalnı həbs olundu




Moskvanın Tver məhkəməsi müxalifətçi Aleksey Navalnını “O, bizim üçün Dimon deyil” aksiyası zamanı polisə tabe olmadığı üçün 15 sutkalıq həbs edilməsinə dair qərar çıxarıb.



Oxu.Az Republic-ə istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibi Kira Yarmış deyib.

Navalnı bildirib ki, inzibati hüquq məcəlləsinin 19.3 maddəsi üzrə protokol imzalamayıb. Onun sözlərinə görə, bu ittiham barədə məhkəməyə gedərkən tanış olub. Siyasətçi polisə müqavimət göstərmədiyini vurğulayıb.

Daha öncə bu ittiham üzrə Navalnını 20 min rubl həcmində cərimə ediblər.

İclas səhər saat 9-a təyin edilsə də, günorta başlayıb. Məhkəmədə siyasətçi baş nazir Dmitri Medvedevi dindirməyi tələb edib. İkinci ittiham üzrə keçirilən baxış zamanı hakim vəkilin iclasın vaxtının keçirilməsi və şahidlərin çağırılması üzrə müraciət təmin edilməyib.

Navalnının vəkili Olqa Mixaylova bildirib ki, saxlanılmaya dair protokola dəyişikliklər edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu