Kastroların kiçik bacısı öldü- 78 yaşında




Kubanın əfsanəvi lideri Fidel Kastro ilə Kubanın Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastronun kiçik bacısı Aqustina 78 yaşında dünyasını dəyişib.

“İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə onun bacısı Huanita Kastro bildirib.

Onun sözlərinə görə, Aqustina əməliyyat keçirdikdən sonra yarası infeksiya qapıb və vəziyyəti pisləşib.

Hazırda Florida ştatının Mayami şəhərində yaşayan Huanita Kastro Kubaya, bacısının dəfninə getməyəcək.

Qeyd olunur ki, Kubada A. Kastronun vəfatı ilə bağlı rəsmi məlumat yayılmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu