İran prezidentinin QIZLARLA BU FOTOSU ölkəni qarışdırdı- VİDEO




İran prezidenti Həsən Ruhaninin Novruz tətilində paylaşdığı foto ölkəni qarışdırıb.



Cebhe.info İran mətbuatına istinadən bildirir ki, bayram günlərində Tehrana yaxın dağ gəzintisinə çıxan prezident çəkdirdiyi fotoları sosial mediada paylaşıb.

Ruhaninin şəxsi İnstagram hesabından paylaşılan fotosunda iki gənc qız və bir kişi görüntülənib. Şəklə qısa müddətdə 17 min nəfər tərəfindən rəy yazılıb.

Fotonun ölkədə böyük səs-küy yaratmasına səbəb qızların İrandakı qaydalara zidd geyim tərzi, daha dəqiqi hicaba tam riayət etməməsi olub. Bir çoxları fotonu prezidetin seçki şousu kimi dəyərləndirib. Qızların geyiminin islam qaydalarına zidd olduğu və prezidentin buna heç bir reaksiya verməməsi qınanılıb.

Mühafizəkar deputat Həmid Rasayinin fikrincə, Ruhani ölkədəki iqtisadi böhranı belə fotolarla ört-basdır etmək istəyir.




İran Cumhurbaşkanı Ruhani'nin Paylaştığı... by haberler



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu