ABŞ və Cənubi Koreya KXDR-i cəza tədbirləri ilə təhdid etdilər




ABŞ-ın vitse-prezidenti Maykl Pens və Cənubi Koreyanın prezident vəzifəsini icra edən Hvan Gö An, yeni provakasiyalara əl atacağı təqdirdə “ciddi cəza tədbirləri” görəcəklərini bəyan ediblər.

AFN xəbər verir ki, bu haqda Cənubi Koreyanın “Yönxap” agentliyi məlumat yayıb. Pens bəyan edib ki, KXDR adi və ya nüvə silahından istifadə edəcəyi təqdirdə, ABŞ və Cənubi Koreyanın cavabı “dağıdıcı və effektli” olacaq. Birləşmiş Ştatların vitse-prezidenti həmçinin qeyd edib ki, Vaşinqton və Seul Şimali Koreyanın növbəti raket və ya nüvə sınaqları həyata keçirməsinə artıq dözməyəcək. Pens həmçinin Pxenyana Suriyaya endirilən qanadlı raket zərbələrinə də diqqət yetirməsini məsləhət görüb.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu