Matviyenko Ər-Riyadda müsəlman libası geyindi




Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ər-Riyadda Səudiyyə Ərəbistanı rəhbərliyi ilə görüşlərdə niyə yaşıl rəngli uzun paltar geyinməsi və baş örtüyü taxmasını izah edib.

AFN xəbər verir ki, Valentina Matviyenkonun bu açıqlamasını RİA Novosti agentliyi məlumat yayıb.
“Birincisi, diplomatik mədəniyyət mövcuddur. Əgər başqa bir ölkəyə gedirsənsə, oranın mədəniyyəti, adət-ənənələri, dini xüsusiyyətlərinə hörmətlə yanaşmalısan”, - Matviyenko KİV-lərin onun geyimi ilə bağlı sualını belə cavablandırıb.
Xanım spiker bunu həmçinin öz daxili mədəniyyəti ilə də əlaqələndirib.
Səudiyyə Ərəbistanında səfərdə olan Matviyenko, kral Salman bin Əbdüləziz əl Səud və digər ölkə rəhbərləri ilə bir neçə işgüzar görüş keçirib. Yerli ənənələrə uyğun olaraq, o başına yaylıq bağlayıb və əyninə də yaşıl rəngdə uzun libas geyinib.
“Mən özüm iki dəfə səfir vəzifəsində işləmişəm və bu cür məsələlərə necə həssaslıqla yanaşıldığından xəbərdaram. Bax, bu gün Məsləhət Şurasının üzvləri olan qadın-deputatlar yaxınlaşaraq, bunu xüsusi olaraq qeyd etdilər: çox saq olun ki, bizim ənənələrimizə bu cür hörmət nümayiş etdirdiniz”, - yuxarı palata sədri belə söyləyib.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu