Peterburq terrorunun təşkilatçısı tutuldu




Sankt-Peterburq metrosunda törədilən partlayışın təşkilatçılarından olan Abror Əzimov saxlanılıb.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

Bildirilib ki, xüsusi əməliyyat Odintsovo dəmir yolu stansiyası yaxınlığında keçirilib. Məlumata görə, 1990-cı il təvəllüdlü Əzimov terror hadisəsini törədən Əkbərcon Cəlilovu terrora hazırlayıb.

Hazırda Abror Əzimov Rusiya İstintaq Komitəsində dindirilir.(azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu