Otellərin yarısında spirtli içki satışı qadağan olundu




Hindistanda bütün ölkə üzrə otellərin 50 faizində spirtli içki satışı qadağan olunub.

AFN bildirir ki, qadağa ilə bağlı aprelin 18-də Rusiyanın turist operatorları assosiasiyası (ATOR) məlumat verib. Bu tədbirlərin icrasına, Hindistan Ali Məhkəməsinin aprelin 1-dən dövlətə məxsus avtomobil yollarının 500 metrliyinə qədər məsafədə spirtli içkilərin satışını qadağan edən qərar çıxarmasından sonra başlanılıb. Yerli turist bazarı sahəsində çalışan ekspertlərin ilkin hesablamalarına görə, bu addım istirahət sahəsilə bağlı olan bütün sənaye sferasına, o cümlədən otellər sektoruna ciddi zərbə vuracaq.
"Nataraj Sadeş Poddar" otellər şəbəkəsinin direktorunun fikrincə, alkoqola qarşı bu mübarizə metodu federal avtomobil yolları kənarında yerləşən mehmanxanaların 70 faizinin bağlanmasına gətirib çıxaracaq.
Hindistan hakimiyyət dairələri bu qərarla, sərxoş sürücülər tərəfindən törədilən və insan ölümü ilə sonuclanan yol qəzalarındakı kəskin artımın qarşısını alacaqlarını düşünürlər.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu