İsraildə rus pravoslav kilsəsinin üzərinə şeytan rəmzləri çəkiblər




İsraildə vandallar rus pravoslav kilsəsinin divarlarının üzərinə şeytan rəmzləri çəkiblər.

AFN RİA Novosti agentliyinə istinadla bildirir ki, hadisə barədə kilsənin baş keşişi Miroslav Vitiv məlumat verib.
Xoşagəlməz hadisə Xayfa şəhərində yaşanıb. Keşişin sözlərinə görə naməlum şəxs qara rənglə kilsənin divarlarına tərsinə çevrilmiş xaç, pentaqrammlar, 666 rəqəmini çəkib. “Dünən axşam kilsənin çöl divarında yazılar aşkar etmişik... Şeytan rəmzləri. Bu cür xöşagəlməz hadisə baş verib. Vandalizm. Bu gün konsulluğun (Rusiya) nümayəndəsi, polis əməkdaşları burada olublar”, - keşiş belə söyləyib.
Miroslav ata deyib ki, 1990-cı ilin əvvələrində də bənzər hadisə baş veribmiş. O vaxt vandallar məbədə ciddi zərər vurublar, ikonanı sındırıblar. Həmçinin divarlarda da təhqiedici yazılar çəkiblərmiş.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu