Sürücülər üçün marixuana satılan mağaza açılacaq




Amerikanın Kolorado ştatında tibbi marixuana satışını həyata keçirəcək ilk mağaza açılacaq. Bundan sonra sürücülər avtomobildən enmədən narkotik vasitə əldə edə biləcəklər.

AFN xəbər verir ki, bu haqda "Time" nəşri məlumat yayıb. "Tumbleweed Express Drive-Thru" mağazasının açılışı aprelin 20-nə nəzərdə tutulub. Arzu edən, 21 yaşına çatmış hər bir şəxs istirahət günləri saat 16:00-dan gecə yarsına kimi buradan leqal şəkildə marixuna ala bilər.
Mağazanın direktoru Mark Smitin sözlərinə görə, o, dünya KİV-lərinin bu biznes haqqında yazacağını gözləmirmiş. Kişinin dediyinə görə o, yalnız müştərilərin tələbatının ödənilməsinə reaksiya verib. Beləliklə, amerikalı, aktrisa Vupi Goldberq və repçi Snup Dogg kimi öz fəaliyyətini leqal şəkildə marixuana ilə bağlayan biznesmenlər cərgəsinə qatılıb.
ABŞ-ın federal qanunvericiliyinə görə, marixuana istifadəsi qadağan olunmuş maddələr sırasına aiddir. Lakin "Tumbleweed Express Drive-Thru" mağazalar şəbəkəsində narkotiklərdən tibbi məqsədlərlə istifadəyə icazə verilir.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu