Amerikan futbolçusu canına qəsd etdi




Milli futbol liqasında (MFL) çıxış edən “Nyu-İnqlend Petriots” komandasının keçmiş oyunçusu Aaoron Ernandes, ömürlük həbsə məhkum olunduqdan sonra saxlanıldığı Massaçusets ştatındakı həbsxanada ölü tapılıb.

AFN bildirir ki, hadisə barədə Fox News telekanalı məlumat yayıb.
İdmançı təkadamlıq kamerada saxlanılıb. Hüquq-mühafizə orqanları əməkdaşlarının məlumatına görə Ernandes canına qəsd edib.
Aaron Ernandes 2015-ci il aprelin 15-də amerikan futbolunun yarım-peşəkar oyunçusu Odin Llloydun ölümündə, qanunsuz silah və sursatlar saxlamaqda ittiham edilərək həbs olunub. Cinayət hadisəsi 2013-cü ilin iyununda baş verib.
Ernandes “Nyu-İnglend Petriots” komandasının ən çox əməkhaqqı alan oyunçusu olub. 2012-ci ildə bağlanmış müqaviləyə əsasən idmançı ildə 8 milyon dollar pul qazanıb.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu