Qəzet redaksiyasına içərisinə ağ toz qoyulan zərf göndərilib




“Novaya qazeta” qəzetinin redaksiyasına içərisində ağ toz olan anonim məktub göndərilib.

AFN bildirir ki, hadisə barədə məlumat elə sözügedən nəşrin saytında yerləşdirilib. Qəzet rəhbərliyinin adına ünvanlanmış zərf redaksiyaya bu gün saat 11-də çatdırılıb. Göndərənin ad və soyadı göstərilməyib. Haradan göndərilib qrafasında diyircəkli qələmlə “Qroznı şəhəri” yazılıb.
Nəşrin redaksiyasına polis əməkdaşları gəlib. Aparılmış analizlər tozun təhlükəli olmadığını üzə çıxarıb.
Qeyd edək ki, bir müddət əvvəl qəzet Çeçenistanda seksual azlıqlara qarşı zorakılıq hallarının baş alıb getməsindən yazmışdı. Çeçenistan rəhbərliyi və ictimaiyyəti qəzetin bu yazısına kəskin reaksiya vermişdi.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu