73 yaşlı jurnalist döyüldükdən sonra dünyasını dəyişib




Jurnalist Nikolay Andruşenko Sankt-Peterburq xəstəxanasında keçinib.

AFN lenta.ru saytına istinadla xəbər verir ki, bu haqda “Fontanka” nəşrinə “Novıy Peterburq” qəzetinin direktoru Alevtina Ageyeva məlumat verib.
73 yaşlı jurnalist Mariinski xəstəxanasında müalicə alırdı. Həmin xəstəxanaya o, martın 9-da naməlum şəxslər tərəfindən döyüldükdən sonra yerləşdirlmişdi. Hücum faktı jurnalist redaksiyadan çıxıb işgüzar səfərə gedərkən baş vermişdi. Nəticədə jurnalist kəllə-beyin xəsarətləri almışdı.
“Yerləşdirildiyi xəstəxanada Nikolayın beynində əməliyyat həyata keçirilmişdi, sonra isə süni onu nəfəsalma aparatına qoşmuşdular. Bir neçə gün əvvəl cihazdan ayırmışdılar və o, artıq sərbəst tənəffüs ala bilirdi. Bu gün səhər isə vəfat edib”.
Andruşenko hüquq-müdafiə və kriminal mövzularda ixtisaslaşmışdı. Həmtəsisçisi olduğu qəzet ultra-mühafizəkar istiqamətli nəşr olub. “İnterfaks” agentliyi belə qeyd edib.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu