Qatardan piton çıxdı




Avstraliyada Kiama şəhərindən Sidneyə hərəkət edən sərnişin qatarında ilan aşkar edilib.

AFN bildirir ki, hadisə barədə "The Sydney Morning Herald" nəşri məlumat verib. Sürünən oturacaqlar üzərində yerləşən baqaj yerində gözə dəyib. Qatarı dayandırmasalar da, sərnişinləri başqa yerə keçiriblər. Vaqonda adam qalmadıqdan sonra qapıları bağlayıblar.
Sidneyə çatdıqdan sonra vaqona mütəxəssis daxil olub və ilanı tutub. Bu xallı piton olub. Həmin növdən olan ilanlar zəhərli olmadığından insanlar üçün təhlükə təşkil etmirlər, çünki uzunluqları bir metrdən çox olmur.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu