Hərbi bazaya hücum: Ölənlərin sayı 160-ı ötdü-yenilənib




Əfqanıstanın Məzari-Şərif şəhəri yaxınlığında “Taliban” silahlılarının hərbi hissəyə hücumu nəticəsində ölən Əfqanıstan hərbçilərinin sayı 150-yə çatıb.

AzVision.az xəbər verir ki, bu barədə məlumatı “France-Press” agentliyi hərbi mənbəyə istinadən yayıb. Agentliyin xəbərinə əsasən atışmada 50-dən çox hərbçi yaralanıb, 10-dan çox “Taliban” silahlısı məhv edilib.

Terrorçular müdafiə nazirliyinə məxsus iki hərbi avtomobildə məscidə hücum edib. Əfqanıstan hökuməti hücum nəticəsində ölənlərin dəqiq sayı barədə rəsmi məlumat verməyib. Hərbçilərin çoxu terrorçuların hücumu zamanı namaz qılırmış.

***

Əfqanıstanın Məzari-Şərif şəhəri yaxınlığında “Taliban” silahlıları hərbi hissəyə hücum edib.

AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, hücum nəticəsində Əfqanıstan ordusunun 140 hərbçisi həlak olub.

Qeyd olunub ki, atışma nəticəsində 10 “Taliban” silahlısı məhv edilib. Ümumilikdə isə azı 150 nəfər ölüb,




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu