Şimali Koreya təbliğat portalı Ağ evin “məhvindən” lovğalandı




Şimali Koreyanın Arirang-Meari portalı KXDR-in ABŞ-a hücumunu əks etdirən video yerləşdirib.

Rolik aprelin 15-də Pxenyanda keçirilən hərbi paradla başlayır. Ardınca amerikan hərbi təyyarələri və gəmilərini, o cümlədən Koreya yarımadasına istiqamət götürən “Karl Vinson” təyyarədaşıyan gəmisini hədəfə alan raket kompleksləri nümayiş etdirilir. Sonra isə Koreya xüsusi təyinatlılarının hücumu, artilleriya atəşləri və raket buraxılışları göstərilir. Sonda isə fotoşop kadrları ilə Ağ evin və Kapitolinin “məhvi” səhnələri yer alıb.

AFN həmin video-roliki oxucuların diqqətinə çatdırır.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu