Xəstəyə "Hitler bığı" çəkən feldşer işindən qovuldu




Alman feldşer koma vəziyyətində olan xəstəyə Hitlerin bığlarına bənzər bığ çəkdiyinə görə işdən qovulub.

AFN bildirir ki, hadisə barədə "Daily Mail" nəşri məlumat verib. Hadisə ötən ilin dekabr ayında baş versə də, bizə indi məlum olub. Nəşrin yazdığına görə, tibb işçisi Tomas Vaqner göy rəngli diyircəkli qələmlə yüksək dozada narkotik qəbul etməsi səbəbilə hospitalizə olunmuş xəstəyə bığ çəkib. Sonra o, kişinin fotolarını “Bir saylı qurban. Bu gün: dəbdə olan saqqal. “Ooo... gör necə də sakit şəkildə uyuyur”, - şərhi ilə WhatsApp vasitəsilə həmkarlarına göndərib.
Bundan əlavə, Vaqner pasiyentlə hörmətsizcəsinə davranışını əks etdirən video-görüntünü də çata yerləşdirib. Üstündən bir neçə gün sonra isə düzgün etmədiyini anlayaraq, həmkarlarından göndərdiyi materialların silinməsini xahiş edib.
Bu haqda Vaqnerin işlədiyi “Yohanniter” tibb müəssisəsinə də məlumat çatıb. “Fotoları və videonu biz də görmüşük. Bundan sonra biz onu dərhal işdən qovduq”, müəssisənin direktoru Oliver Pintç Daily Mail-ə belə söyləyib.
Həmçinin bilidirilir ki, “Yohanniter” rəhbərliyi Vaqnerə qarşı rəsmi şikayət ərizəsi ilə müraciət etməyi planlaşdırır. Çünki bu şəxs məsuliyyət nə olduğunu bilmir və xəstələrə lazımi səviyyədə xidmət göstərməyi bacarmır.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu