İngiltərədə 375 sakini olan kənd satıldı




Şimali Yorkşir ingilis qraflığında tarixi malikənəsi, 43 yaşayış evi və 809 hektar torpaq sahəsi olan kənd satılıb.

AFN bildirir ki, bu haqda "The Guardian" nəşri məlumat verib. Kənddə 375 nəfər adam yaşayır, onların hamısı kirayə etdikləri kotteclərdə yaşayır. İldə kənd sahibinə onlar 388 min funt sterlinq pul ödəyirlər.
Uest Heslepton kəndi bir il bundan əvvəl 20 milyon funta satışa qoyulmuşdu. 150 il ərzində kənd Dounlar ailəsinə məxsus olub. Amma. onlar 30 il əvvəl kəndi tərk ediblər.
Obyekti daşınmaz əmlak üzrə ixtisaslaşan Albanwise Ltd ingilis şirkəti satın alıb. Sövdələşmənin məbləği barədə açıqlama verilməyib.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu