II Nikolayın Türkiyədəki malikanəsi butik-otelə çevriləcək




Rusiya imperatoru II Nikolayın Türkiyədəki malikanəsini butik-otelə çevirməyi düşünürlər.

AFN bildirir ki, bu haqda "Daily Sabah" qəzeti məlumat yayıb. Çar malikanəsi ölkənin şimali şərqində, Qars vilayətinin Sarıqamış rayonunda yerləşir. Qars valisi Rəhmi Doğan bəyan edib ki, tikilinin bərpası ilə Türkiyə abidələri və muzeyləri Baş idarəsi məşğul olacaq.
Malikanənin 50 yerlik otelə çevrilməsi planlaşdırılır. Bina Qars administrasiyasının tabeliyində olacaq.
Sarıqamış şəhərinin meri Zəkəriyyə Kaya bəyan edib ki, sözügedən layihə Qarsda turizmin inkişafına öz töhfəsini verəcək. Onun sözlərinə görə yerli sakinlər buna ümid edirlər.
II Nikolayın Karsdakı bağ malikanəsi həmin regionun rus-türk müharibəsində işğalından sonra, 1896-cı ildə tikilib. İmperatorun özünün həmin malikanədə olub-olmaması barədə heç bir məlumat yoxdur.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu