Türkiyədə referendumun nəticələri təsdiqləndi




Türkiyədə aprelin 16-da keçirilən referendumun nəticələri təsdiqlənib.

Türkiyə Ali Seçki Şurası (ASŞ) konstitusiyaya dəyişikliklərin edilməsinə dair referendumun nəticələrinin təsdiqləndiyini açıqlayıb.

ASŞ rəhbəri Sədi Güvən jurnalistlərə bildirib ki, seçicilərin 51,41 faizi prezident idarəetmə sisteminə keçidi dəstəkləyib. Onun sözlərinə görə, referendumda seçici fəallığı 87,45 faiz olub.

Rəsmi məlumata əsasən, seçicilərin 51,41 faizi dəyişikliklərin “lehinə”, 48,59 faizi isə “əleyhinə” səs verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu