Yanan balkondan atılan oğlanı reklam banneri ilə tutdular




Tomsk şəhər sakinləri yanan balkondan tullanmağa məcbur qalan doqquz yaşlı oğlanın həyatını xilas ediblər.

AFN bildirir ki, hadisə barədə FHN-in Tomsk vilayət idarəsindən məlumat verilib.
Yanğın aprelin 27-də axşam İrkutskiy trakt küçəsində baş verib. Yeddinci mərtəbədə yerləşən mənzilin balkonu yanmağa başlayıb. Hadisə şahidləri yanan balkonda uşağın dayandığını görüb, reklam bannerini qopararaq, onu əllərində açıblar. Oğlan özünü bannerin üzərinə atıb.
“Bundan sonra uşağı hadisə yerinə gələn tibb işçilərinə təhvil veriblər. Bu zaman oğlan özündə olub, huşunu belə itirməyib”, - mətbuat-xidmətinin əməkdaşı belə söyləyib.
Yanğınsöndürənlər yanğını 14 dəqiqə ərzində söndürə biliblər.
Səhiyyə departamentindən xilas edilən oğlanın orta ağırlıqda xəsarətlər aldığı bildirilib.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu