Daha bir erməni hərbçisi güllələndi




Bu gün səhər saatlarında Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi qulluqçu öldürülüb. Bu barədə yerli KİV məlumat yayıb.

Mənbənin məlumatına görə, kiçik serjant Qaqik Aruşeviç Mesropyan təxminən saat 08:40-da odlu silahdan açıqlan atəş nəticəsində ağır yaralanıb. Onun xəstəxanaya aparılarkən yolda öldüyü bildirilir.

İlkin məlumata görə, Mesropyan silahdan istifadə qaydalarını pozduğuna görə yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu