Türkiyə ilə Almaniya arasında diplomatik qalmaqal




Türkiyə 15 iyul 2016-cı ildə dövlət çevrilişinə cəhddə şübhəli bilinən hərbçilərə Almaniya tərəfindən qaçqın statusunun verilməsini ikitərəfli münasibətlərə zərbə hesab edir.

Virtualaz.org bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Biz bu qərara görə təəssüflənirik. Həmin hərbçilərin FETÖ ilə bağlılığına dair inkaredilməz faktlar var. Almaniyanın bu addımı ölkələrimiz arasında çoxplanlı münasibətlərə zərbədir və tərəfdaşlıq ruhuna uyun deyil”, - deyə bəyanatda bildirilir.

Bəyanatda vurğulanıb ki, Türkiyə Almaniyanın öz qərarını yenidən nəzərdən keçirəcəyini gözləyir və FETÖ də daxil olmaqla terror təşkilatları ilə mübarizədə öz köməkliyini göstərəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu