Ruhani yenidən İran prezidenti seçildi- Yenilənib




İranda keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Həsən Ruhani qələbə qazanıb.

AzVision.az xəbər verir ki, bu barədə "Mehrnews" və "İrna" agentlikləri ilkin nəticələrə istinadən məlumat yayıb.

Bildirilib ki, hazırda səslərin 38,914,470 milyonu sayılıb və Həsən Ruhani 22,796,468 milyon səs toplayıb.

Prezidentliyə digər əsas namizəd İbrahim Rəisi isə 15,452,194 milyon səs yığıb. Mustafa Ağa Mirsalim 455,211 min, Mustafa Haşemi – Taba 210,597 min səs toplayıb.

İranda səsvermə hüququna malik əhalinin sayı 56 milyon nəfərdir.

Xatırladaq ki, Ruhani 2013-cü ildə 50,68 faiz səs toplayaraq prezident seçkilərinin ilkin turunda qalib gəlib.

***
(08:40)

İranda keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Həsən Ruhani liderlik edir.

AzVision.az"RİA Novosti"yə istinadən xəbər verir ki, hazırda səslərin 37 milyonu sayılıb və Həsən Ruhani 21,6 milyon səs toplayıb.

Prezidentliyə digər əsas namizəd İbrahim Rəisi isə 14 milyon səs yığıb.

İlkin proqnozlara görə, Həsən Ruhani seçkilərdə qələbə qazanıb. Çünki sayılmamış yalnız 4 milyon bülleten qalıb ki, bunun da nəticəyə ciddi təsir göstərməyəcəyi bildirilir.

Qeyd edək ki, İranda səsvermə hüququna malik əhalinin sayı 56 milyon nəfərdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu