BMT baş katibi Koreyanı raket sınaqlarını dayandırmağa çağırıb




BMT-nin baş katibi Antoniu Quterreş Koreya Xalq Demokratik Respublikasını (KXDR) raket sınaqlarını dayandırmağa çağırıb.

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu baş katibin nümayəndəsi Stefan Cüjarrik bildirib.
Stefan Cüjarrik vurğulayıb ki, raket sınaqları bəşəriyyət üçün təhlükə yaradır: "Bizim üçün KXDR ballistik raketlərin sınağını keçirməklə açıq-aşkar Təhlükəsizlik Şurasının qətnamələrini pozur. Bu sınaqlar regional və beynəlxalq təhlükəsizliyi təhdid edir. Biz KXDR-nı gələcək raket sınaqlarını dayandırmağa çağırırıq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu