Almaniyanın keçmiş kansleri: “Rusiya Krımı qaytarmayacaq”




“Rusiya Krımı qaytarmayacaq. Xoşunuza gəlir, ya gəlmir, həqiqətin gözünə baxmaq lazımdır”.

Virtualaz.org xəbər verir ki, bunu Almaniyada dərc olunan “Cicero” jurnalına müsahibəsində bu ölkənin keçmiş federal kansleri Gerhard Şröder deyib. Bundan başqa, müsahibəsində Şröder Moskva barəsində tətbiq edilmiş “sanksiyaların tədricən ləğvi”nə çağırıb. Onun sözlərinə görə, Almaniya kimi, Rusiya da iqtisadi əməkdaşlıqda maraqlıdır. “Anlayırıq ki, bizə Rusiya bazarı və Rusiya ehtiyatları lazımdır. Ruslar da başa düşürlər ki, onlara alman iqtisadiyyatının nou-hauları gərəkdir”, - AFR hökumətinin keçmiş başçısı deyib.

Almaniyalı siyasətçi ümid etdiyini bildirib ki, Bundestaqa parlament seçkilərindən sonra Berlin “ağlını başına yığacaq”. “Rusiya Avropa İttifaqının çox vacib qonşusudur və BMT Təhlükəsizlik Şurasının üzvüdür. Bu cür ölkəni belə üsullarla izolyasiyada saxlamaq qeyri-mümkündür”, - Şröder bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu