Avstraliya vətəndaşlarına terror xəbərdarlığı




İngiltərədə terror təhlükəsinin yüksəldiyi bir vaxtda Avstraliya bu ölkəyə gedəcək vətəndaşlarına xəbərdarlıq edib.

"Qaynarinfo" xəbər verir ki, Avstraliya "Mançester Arena"da baş verən terror aktı nəticəsində 22 nəfərin ölümü, 59 nəfərin yaralanması ilə sonlanmış hadisədən sonra İngiltərəyə səyahət etməyə hazırlaşan vətəndaşlarına diqqətli olmalarını istəyib.

Avstraliya Xarici İşlər və Ticarət İdarəsinin (DFAT) yaydığı yazılı açıqlamada İngiltərənin terroristlərin ən yüksək hədəf nöqtəsi olduğunu bildirilib: "Şəxsi təhlükəsizliyiniz üçün "Mançester Arena" və ətraf ərazilərdən uzaq olun. Media və yerli təhlükəsizlik xidmətlərinin yaydığı xəbərləri diqqətə alın. İndi Birləşmiş Krallıqda çox diqqətli olmalısınız".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu