Ermənistanın gizlətdiyi yaralı əsgər İrəvana aparıldı




İyunun 17-də Qarabağda başından güllə yarası almış 1997-ci il təvəllüdlü erməni əsgəri Yuri Zakaryan Xankəndindən İrəvanın Mərkəzi Kliniki hərbi hospitalına köçürülüb.

AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərlə görüşü zamanı hospitalın reanimasiya şöbəsinin rəhbəri Qayane Hovhannisyan bildirib.

O, erməni əsgərin vəziyyətinin son dərəcə ciddi olduğunu, süni tənəffüs aparatına qoşulduğunu deyib.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi Qayane Hovhannisyanın yaralanması ilə bağlı məlumatları gizlədərək onun adını yaralı əsgərlərin sırasında təqdim etmirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu