Rusiya ABŞ-a qarşı cavab tədbirləri hazırlayır




Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın ABŞ-ın Rusiya diplomatlarına 2016-cı ilin dekabrında tətbiq etdiyi sanksiyalara cavab tədbirləri hazırladığını bildirib.

"Report" xəbər verir ki, o, bununla bağlı "Rossiya 1" telekanalına müsahibəsində qeyd edib.

"Cavab tədbirləri hazırdır" – deyə o vurğulayıb.

Bununla yanaşı, Zaxarova əlavə edib ki, bu məsələ yalnız Xarici İşlər Nazirliyi tərəfindən həll ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu