Suriyaya ağır zərbələr endirildi- azı 40 ölü var




ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyanın Deyr-əz-xor vilayətində yaşayış məntəqəsinə endirdiyi hava zərbəsi nəticəsində azı 40 dinc sakin həlak olub.

TASS-ın verdiyi məlumata görö, bu haqda Suriyanın SANA informasiya agentliyi xəbər verib.

Məlumata görə, bombardmana Əl-Mayədin şəhəri yaxınlığında yerləşən Əd-Dablən yaşayış məntəqəsi məruz qalıb. Ölənlər arasında qadınlar və uşaqların olduğu bildirilir. Onlarla insanın yaralandığı qeyd olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu