AFN.AZ / 2016-cı ildə ABŞ 7 ölkəyə 26 min bomba yağdırıb-

2016-cı ildə ABŞ 7 ölkəyə 26 min bomba yağdırıb-

2016-cı ildə ABŞ dünyanın 7 ölkəsinə 26171 bomba atıb.

Teleqraf.com xəbər verir ki, bu statistikanı xarici siyasət və milli təhlükəsizlik üzrə amerikalı ekspert Mika Zenko açıqlayıb.

Onun sözlərinə görə, Suriyaya 12192, İraqa 12095, Əfqanıstana 1337, Liviyaya 496, Yəmənə 34, Somaliyə 12 və Pakistana 3 ədəd bomba atılıb.

Zenko əlavə edib ki, bu rəqəmlər kiçildilib: "Halbuki bir aviahücum zamanı hər hansı bölgəyə bir neçə bomba atıla bilər. 2015-ci ilin statistikasına baxsaq, bu il 3027 bomba çox atılıb. 2015-ci ildəki siyahıda Liviyanın adı çəkilmirdi".

Pentaqonun açıqlamasında ötən ilin dekabr ayı ərzində aparılan əməliyyatlar zamanı 173 dinc sakinin həlak olduğu deyilirdi.
8-01-2017, 18:52
Geri qayıt