AFN.AZ / Ankara polisi parlament binasını mühasirəyə alanları dağıdır

Ankara polisi parlament binasını mühasirəyə alanları dağıdır

Türkiyə polisi Ankarada Türkiyə Böyük Millət Məclisinin binası ətrafına toplaşan və ölkədə prezident üsul-idarəsinin tətbiqinə etiraz edən mitinqçiləri dağıdır.

Bu barədə Haberturk telekanalı məlumat yayıb.

Bildirilir ki, parlament binası hər hansı bir insidentin qarşısının alınması məqsədilə polis tərəfindən əvvəlcədən mühasirəyə alınıb.

Qeyd edək ki, bu gün Türkiyə parlamentində ölkə konstitusiyasına dəyişikliklərin müzakirəsi başlayıb.

Müzakirələrdə ölkənin bütün siyasi partiyaları iştirak edir. Bundan əvvəl müxalif Cümuriyyət Xalq Partiyasının (CHP) Ankara şəbəsi parlament yaxınlığında etiraz mitinqi keçirəcəyini elan etmişdi.
9-01-2017, 17:14
Geri qayıt