Səttar Bəhlulzadənin karikaturaları


Səttar Bəhlulzadənin yaradıcılığına dair yeni kataloq çap olunub.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, S.Bəhlulzadənin ev-muzeyi tərəfindən “Səttar Bəhlulzadənin karikaturaları (“Kommunist” qəzetinin materialları əsasında)” adlı kataloq hazırlanaraq çap edilib.

Kataloqun tərtibatçısı və giriş sözünün müəllifi muzeyin baş mühafizi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinovadır.

Kataloqda rəssamın çəkdiyi 50-yə yaxın karikatura çap olunub, şəkilaltı yazılar 30-cu ildə tətbiq edilmiş Azərbaycan türkcəsinin orfoqrafiyası saxlanılmaqla verilib. Kataloq rəssamın həyat yolunun başlanğıcında yaradıcılıq axtarışlarını nümayiş etdirməklə bərabər, cəmiyyətdə mövcud olan əyrintilərlə Səttarın mübarizə apamaq əzmində olduğunu nümayiş etdirir.

Bu yaxınlarda rəssamlar, sənətşünaslar, kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə kataloqun təqdimat mərasimi keçiriləcək.

(Qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu