"Təfəkkür"ün tələbələri köçürüləcək- nazir əmr imzaladı


"Təfəkkür"ün tələbələri köçürüləcək-


Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkili üzrə işçi qrupunun yaradılması ilə bağlı təhsil naziri əmr imzalayıb.

Əmrə əsasən “Təfəkkür” Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017/2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun formalaşdırılması üçün 2 ay vaxt verilib.

Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə yerləşdirilməsi və bununla əlaqədar digər təşkilati işlərin yerinə yetirilməsi məqsədi ilə yaradılacaq İşçi qrupuna sədr ı Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Sülhəddin Gözəlov təyin edilib.

Qrupun üzvləri Rahim Hüseynov - Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin rektoru, Nərgiz Qaraxanova - Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun baş məsləhətçisi, Rəşad Əliyev - Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin Məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunun aparıcı məsləhətçisi, Aygün Məmmədzadə - Təhsil Nazirliyinin Hüquq şöbəsinin Normativ-hüquqi təminat sektorunun məsləhətçisi, Elçin Yusifzadə - Azərbaycan Memarlıq və İnşaat Universitetinin fakültə dekanı, Rauf Məmmədov - Azərbaycan Texniki Universitetinin dosenti təyin edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu