"Ağıllı insanların nəsli azalır"- Genetiklər



Genetiklərin fikrincə, Yer planetində ağıllı (istedadlı) insanların nəsli getdikcə azalır. Bu nəticəyə İslandiyanın «de KOD» şirkəti gəlib.

Uyğun araşdırmalar aparan alimlər aydınlaşdırıblar ki, milli populyasiya prosesində təhsilə meyllə bağlı genlərin payı getdikcə azalır. Tədqiqat məqsədilə 100 mindən artıq islandiyalının 1910-1975-ci illər arası dövrdə toplanmış materiallarından istifadə olunub.

Bundan başqa, məlum olub ki, ağıllı (istedadlı) insanlar (təhsil almağa meylli olan şəxslər) orta hesabla, digərlərindən 6 faiz az uşaq dünyaya gətirirlər. Mütəxəssislər bunu belə izah edirlər ki, istedadlı insanlar nəsli davam etdirməkdən daha çox, özlərinin şəxsi inkişafına diqqət yetirirlər.

Ayrıca qeyd olunur ki, insanın əqli inkişafı üçün təkcə genlər cavabdeh olmurlar. Burada ətraf şərait (məsələn, ailə) də mühüm rol oynayır. (azpolitika.info)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu