Qənirə Paşayevadan qanun layihəsi ilə bağlı çağırış



Millət vəkili Qənirə Paşayeva Milli Məclisin Səhiyyə Komitəsinin islasında “Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsinin Milli Məclisdə Fevral ayında başlayacaq Yaz sessiyasında müzakirəyə çıxarılması təklifi ilə çıxış edib.

AFN xəbər verir ki, millət vəkili belə bir qanuna ciddi ehtiyac olduğunu deyib: “Çoxlu sayda ailələr bizə müraciət edir, tibbi texnologiyaların nailiyyətlərindən istifadə edərək övlad sahibi olmaları istiqamətində dövlət tərəfindən dəstək göstərilməsini xahiş edirlər.Bu baxımdan, “Reproduktiv sağlamlıq haqqında” Qanunun parlament müzakirələrinə çıxarılması çox vacibdir. Orada ziddiyyətə səbəb olan bəzi maddələr layihədən çıxarılıb və müzakirələrə qısa zamanda başlamalıyıq. Süni mayalanma məsələsi də daxil olmaqla, bir sıra vacib məsələlərin daxil olduğu “Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsini tez qısa zamanda müzakirəyə çıxarıb qəbul etməliyik. Çünki bu, minlərlə insanın həyatı ilə bağlı olan məsələdir”. Millət vəkili Q.Paşayeva bildirib ki, reproduktiv sağlamlıq haqqında qanun layihəsində 10 ilə yaxın övladı olmayan ailələr üçün süni mayalanma əməliyyatının bir dəfə dövlət tərəfindən maliyyələşdirilməsi, yəni pulsuz edilməsi öz əksini tapıb ki, bu istiqamətdə problemi olan yüzlərlə ailə bu addımı yüksək qiymətləndirir və parlamentdən bu məsələnin qısa zamanda qəbul edilməsi xahişi ilə müraciət edirlər. Bu baxımdan reproduktiv sağlamlıq haqqında qanun layihəsinin yaxın zamanlarda qəbulu çox vacib vəəhəmiyyətlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu