“Recep İvedik 5” filmindən Azərbaycanı təhqir edən səhnə çıxarıldı– VİDEO



“Rəcəp İvedik 5” filmindən Azərbaycanı təhqir edən səhnə çıxarıldı. Bu barədə filmin rejissoru və Recep İvedik rolunun ifaçısı Şahan Kökbakar özünün instaqram səhifəsindən video-məlumat paylaşıb. O, deyib ki, filmlərini gülmək və güldürmək üçün çəkir:

“Əgər təkcə bir azərbaycanlı qardaşımın qəlbinə toxunubsa, həmin fraqmenti sevə - sevə çıxardıram. Bununla da əsassız söz-söhbətə və bu filmin ətrafında çirkin oyun quranların oyunlarına son verirəm”.

Qeyd edək ki, “Recep İvedik 5” adlı yeni filmin fraqmanında Azərbaycan bayraqlı bir idmançı Recep İvedik tərəfindən yumruqla vurulur və sözün həqiqi mənasında, uçurdu. Bir çox Azərbaycanlı ziyalılar, o cümlədən Giresun universitetinin əski rektoru , professor Aygün Attar bu səhnəni Azərbaycana və onun bayrağına həqarət kimi qəbul etmişdi. Daha sonra bu etirazlara AKP millət vəkilləri və Türkiyənin vətənsevər insanları da qoşuldu. Məsələnin böyüməsi səbəbindən filmin yaradıcısı geriyə addım atmağa məcbur qaldı. (musavat.com)

Şahan Gökbakarın video-müraciətini təqdim edirik:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu