Kərəm Həsənovun Goranboyda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib



Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Goranboy rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilərək 28 yanvar 2017-ci il tarixinə keçirilib. Qəbulda Goranboy, Bərdə və Yevlax rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır.

AFN xəbər verir ki, qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır. Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin office@emdk.gov.az elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 200)

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsi:

(02020) 5-56-05, (02224) 5-29-36



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu