İmişlidə iki avtomobil toqquşub, 85 yaşlı sərnişin ölüb



İmişlidə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayon mərkəzində "VAZ" markalı, 15 BB 387 dövlət nömrə nişanlı avtomobillə İmişli sakini, 1957-ci il təvəllüdlü Cəbrayılov Əbülfət İsməli oğlinun idarə etdiyi" DAEWO" markalı, 30 BH 109 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Nəticədə "VAZ" markalı avtomobildə olan sərnişin, ağır bədən xəsarətləri alan 1932-ci il təvəllüdlü rayon sakini Şahbazov Nəriman Sədi oğlu ölüb.


Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu