"Kiralık Aşk"ın "Ustası" vəfat etdi




Tanınmış türk aktyoru Ayberk Atilla bu səhər dünyasını dəyişib. Aktyor bir müddət idi ki, ağır xəstəlikdən müəlicə olunurdu.

AFN Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1946-cı ildə anadan olan Ayberk Atilla İstanbul Universitetinin iqtisad fakultəsinin məzunu oub. Səhnə fəaliyyətinə 1967-ci ildə Lalə Oraloğlu Teatrında başlayan aktyor, sonradan fəaliyyətini başqa teatrlarda da davam etdirmişdi. Kino və seriallarda da rol alan aktyor, bir vaxtdan sonra yenidən teatra qayıdaraq fəaliyyətini orada davam elətdirib. Atillanın rol aldığı çoxlu sayda kino, serial, teatr səhnələri var.
A.Ayberk ən son dünən finalı olan "Kiralık Aşk" serialında rol alıb. Serialda o, "Usta" obrazını canlandırırdı.

Allah rəhmət eləsin.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu