Davudoğlu hücumları qınadı



Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu dünən gecə İstanbul Polis İdarəsi və AKP-nin rayon təşkilatının binasına edilən hücuma münasibət bildirib.

Davudoğlu hücumları qınadığını deyib:

“İstanbulda Polis İdarəsinə və rayon təşkilatımıza edilən hücumu qınayıram. Polisimizə də, təşkilatımıza da göz dağı verməyə cəsarətləri çatmaz”.

Xatırladaq ki, dünən gecə İstanbul Polis İdarəsinin “Vətən” küçəsindəki binasına qumbaraatandan atəş açılıb.

Hadisədən dərhal sonra bir nəfər ara küçələrə doğru qaçmağa başlayıb. Həmin şəxsin tutulması istiqamətində genişmiqyaslı əməliyyat başladılıb.

Sütlücədə yerləşən AKP binasına isə tank əleyhinə raket silahından atəş açılıb.

Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu