Tramp Çörçilin büstünü Oval kabinetə qaytardı




Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin büstü ABŞ prezidenti Tramp Donaldın inaqurasiyası günü Oval kabinetə qaytarılıb.

Bu barədə ABŞ-ın “The Hill” qəzeti məlumat yayıb. Məlumatda bildirilib ki, Ağ evin keçmiş sahibi Barak Obama 2009-cu ildə prezident vəzifələrinin icrasına başlarkən Oval kabinetdən Çörçilin büstünü yığışdırmışdı. Onun yerinə isə keçmiş prezident Avraam Linkolnun və ABŞ-da Vətəndaş Hüquqları Hərəkatının lideri, qaradərili Martin Lüter Kinqin büstünü qoymuşdu.

Qeyd edək ki, o zaman Obamanın bu hərəkəti amerikalı mühafizəkarların tənqidinə səbəb olmuşdu.

Hətta Arkanzas ştatının qubernatoru Maykl Hakabi bunu “britaniyalılar üçün böyük təhqir” adlandırmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu