Sevinc Osmanqızı İnterpol xəttilə axtarışdadır?- ŞOK İDDİA




"Sevinc Osmanqızına çörək də verən, böyüdən də Azərbaycan olub. İndi xaricdə rahatca oturub bura dilini uzadır. ANS-də baş redaktor olanda kollektivi necə dağıtdısa, televizya ondan sonra özünə gələ bilmədi".

AFN xəbər verir ki, bunu S.Osmanqızının Xoalə faciəsi ilə bağlı verdiyi açıqlamaya cavab olaraq onun keçmiş iş yoldaşı, tanınmış jurnalist Amil Hacıyev öz facebook səhifəsində yazıb. Onun sözlərinə görə, Sevinc Osmanqızının "xidmət"ləri sayəsində kanaldan çıxan jurnalist həmkarları onun ANS-dəki fəaliyyətinə yaxşı bələddirlər: "Hətta bir dəfə Elxan Poıuxov XİN-in mətbuat katibi kimi son iş gününü çəkərkən başıma açılan oyunu çoxları bilir. Axşam efirdən əvvəl şəxsən sujetə baxıb tərifləyən Sevin Osmanqızı 2 gün sonra məni Poluxovdan rüşvət almaqda ittiham etmişdi. Amma həqiqət tez üzə çıxdığından xanıçın planı baş tutmamışdı.
İndi ABŞ-da oturub Azərbaycana, onun şəhidinə dil uzadan bu xanımın cavabı verilçəlidir məncə. Bildiyimə görə, uşaqlarını atasından xəbərsiz ölkədən qaçırtdığına görə İnterpol xətti ilə axtarışdadır. Lapşini bütün qadağalara rəğmən ölkəyə gətirənlər üçün məncə bu çətin deyil. Onsuz da tarix göstərir ki, hərə öz günahına görə ayağından asılır".

Qeyd edək ki, S.Osmanqısı iki gün öncə sosial şəbəkələrdə status yazaraq, Xocalıda göstərilən meyitlərin guya azərbaycanlılar tərəfindən işgəncə verilmiş hala salındığını iddia edib. Onun açıqlaması ölkə ictimaiyyətində geniş narazılığa səbəb olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu