İtkin düşmüş neftçi Sumqayıtda dəfn oldu- VİDEO




Həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində fevralın 17-də, saat 17.20 radələrində dənizin "Pirsaat" burnu hissəsində sahildən 1 mil aralı məsafədə meyit tapılıb.

Meyitin "Azneft" İB-nin N.Nərimanov adına Neft-Qazçıxarma İdarəsinin 1 saylı neft qaz çıxartma sahəsinin əmtəə operatoru vəzifəsində çalışmış Sumqayıt şəhər sakini 1957-ci il təvəllüdlü Qurbanov Vidadi Cümşüd oğlu olduğu rəsmən təsdiq edilib.

AFN xeberle.com-a istinadən xəbər verir ki, bu gün mərhumun meyiti ailəsinə təhvil verilib. O, Sumqayıt şəhər qəbiristanlığında dəfn edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu