Azərin “Yoxlama”sı niyə yayımlanmır?




ATV telekanalında yayımlanan "Yoxlama" verilişinin yayımının dayandırılmasına aydınlıq gətirilib.

Telekanalın İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Turan İbrahimovun Axşam.az-a verdiyi məlumata görə, verilişin yayımı dayandırılmayıb və növbəti həftədən etibarən ATV-nin efirində olacaq.

"Hazırda verilişdə bir sıra dəyişikliklər aparılır. "Yoxlama" verilişi ictimai maraqları daha da yaxşı təmin etmək üçün təkmilləşdirilir. Gələcəkdə verilişin təkrarı belə yayımlanacaq".

Qeyd edək ki, ATV telekanalının qalmaqallı verilişi olan "Yoxlama" iaşə obyektlərində yoxlamalar aparır. Bu da bir sıra obyektlərin rəhbərliklərinin etirazları ilə qarşılanır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu