Sabah "Xətai" stansiyası işləməyəcək



Sabah Bakı Metropoliteninin "Şah İsmayıl Xətai" stansiyası günün birinci yarısında sərnişinlərə xidmət göstərməyəcək.

Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, sabah-fevralın 26-da metronun "Xətai" stansiyası saat 12:00-a qədər bağlı olacaq.

N.Paşayev əlavə edib ki, saat 12:00-dan etibarən "Şah İsmayıl Xətai" stansiyasına giriş açıq olsa da, "Cəfər Cabbarlı" stansiyasından bu istiqamətə gediş olmayacaq. Saat 15:00-dan sonra hər iki stansiya normal qrafik üzrə işləyəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu