Londonda terror aktı törədənin kimliyi bilindi




Britaniya polisi Londonda terror aktı törətmiş şəxsin kimliyini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, bu, 52 yaşlı Xalid Məsuddur. O, Kent qraflığında doğulub.

Təhqiqatçıların sözlərinə görə, Xalid Məsud son vaxtlar Qərbi Midlends qraflığında yaşayıb. Qeyd edək ki, Parlament binası yaxınlığındakı Vestminster körpüsü üzərində baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb, 40 nəfər yaralanıb.

İnsanlara atəş açmış X.Məsud polis tərəfindən öldürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu