Birinci vitse-prezident İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasını keçirdi




Aprelin 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclası keçirilib.

AzərTAc xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva iclasda çıxış edib.

Sonra gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov, daxili işlər naziri Ramil Usubov, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli çıxış edərək görülən işlər barədə məlumat veriblər.

Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva iclasa yekun vuraraq Azərbaycanın və paytaxt Bakının IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsinə hazır olduğunu vurğulayıb.














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu