Şübhəlilər iki polisi yaralayıb




Fransanın Reyunyon adasında güman edilən islamçının axtarışı ilə bağlı həyata keçirilən əməliyyat zamanı iki polis işçisi yaralanıb.



AFN bildirir ki, hadisə barədə Reuters agentliyi məlumat yayıb.
Xüsusi təyinatlılar şübhəlinin evinə səhər saat altıda daxil olub. İçəridəki şəxs neytrallaşdırılmazdan öncə qanun keşikçilərinə tüfəngdən atəş açaraq, iki polis nəfərini yaralamağa imkan tapıb.
Güman edilən islamçının 20 yaşı var. Polisin məlumatına görə o, islamı təzəlikcə qəbul edibmiş. Həmin şəxs ekstremizmdə şübhəli bilinir.
Renyuyon Hindistan okeanında, Madaqaskardan 700 km şərqdə yerləşir və Fransaya məxsus adadır. Orada 800 mindən çox əhali yaşayır ki, onların da böyük əksəriyyəti katolik dininə məxsusdur.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu