"Növbəti İslam Oyunları İstanbulda keçiriləcək"- Mehriban Əliyeva




"Son 10 gün ərzində İslam aləminin idmançıları idman, dostluq və birliyin möhtəşəm təntənəsi çərçivəsində bir araya gəldilər. Onların mübarizliyi və fədakarlığı həqiqətən valehedici oldu. Onların çıxışlarını seyr etmək böyük hisslər yaratdı".

Axşam.az-ın məlumatına görə, bu sözləri Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakıda İslamiadanın bağlanış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan 162 medalla siyahıda birinci yeri tutub:

"Bu, bizi fərəhləndirdi. İdmançılarımızın fədakarlığı Azərbaycan xalqını ilhamlandırdı".

“Mən məmnuniyyətlə elan edirəm ki, növbəti İslam Həmrəyliyi Oyunları 2021-ci ildə İstanbulda keçiriləcək. Biz türk qardaş və bacılarımıza böyük müvəffəqiyyətlər arzulayırıq”, - deyən Təşkilat Komitəsinin sədri IV Bakı İslam Həmrəyliyi Oyunlarını bağlı elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu