Mançesterdəki terrora görə saxlanılan var




Mançester polisi stadionda baş verən terror aktı ilə bağlı şübhəli bilinən 23 yaşlı şəxsin saxlanılması faktını təsdiqləyib.

AzVision.az TASS-a istinadən xəbər verir ki, bir qədər əvvəl “Manchester Evening News” qəzeti hadisə ilə əlaqədar bir neçə nəfərin həbs olunduğu ilə bağlı məlumat yaymışdı. Bu informasiya hökumət orqanları tərəfindən öz təsdiqini tapmayıb.

Xatırladaq ki, ötən gecə yerli vaxtla təxminən saat 22:35-də “Manchester Arena” stadionunda amerikalı müğənni Ariana Grandenin çıxışından sonra partlayış baş verib. Partlayıcı qurğu konsert zalının foyesində işə salınıb. Son məlumata əsasən, terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində 22 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu